2020-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 155 mənzil alıb.
Banker.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 mənzil və yaxud 6.1% artıb.
Bu ilin yanvar-dekabr aylarında isə azərbaycanlılar Türkiyədə 1 279 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 88 mənzil və yaxud 7.4% çoxdur.
Ümumilikdə dekabrda xarici vətəndaşlar Türkiyədə 4 479 mənzil alıb ki, bu da illik müqayisədə 872 mənzil və yaxud 16.3% azdır.
Bu rəqəm yanvar-dekabrda isə 41 298 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4 669 mənzil və yaxud 10.2% azdır.