1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yumurtanın qiyməti 5%-dən çox bahalaşıb

2020-ci ilin dekabr ayında Azərbaycanda yumurtanın qiymətində bahalaşma müşahidə olunur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin dekabr ayında Azərbaycanda yumurtanın qiymət indeksi əvvəlki aya nisbətən 105.4% təşkil edib. Belə ki, aylıq müqayisədə yumurtanın qiyməti 5.4% bahalaşıb.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha
çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın,
pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və
qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun,
fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın,
sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşma isə əsasən mal ətinin,
dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın,
pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər