10 C
Baku
Monday, December 8, 2025

Dövlət Baxçalı koronavirusa qarşı peyvənd olunub

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.  

Bu barədə MHP sədri “Twitter”də bildirib.

Peyvəndləmə prosesi partiyanın mərkəzi qərargahında baş tutub.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər