10 C
Baku
Monday, December 8, 2025

ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub

ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

Təşkilat sədrinin Cənubi Qafqazdakı xüsusi elçisi vəzifəsinə isveçli diplomat Annika Söder təyin olunub.

A.Söder Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədridir. 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə bu vəzifə Polşaya keçəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər