26 C
Baku
Tuesday, April 30, 2024

15 milyon dollarlıq süd ötən il ölkəyə idxal olunub

2020-ci ildə Azərbaycan xaricdən 15 milyon 313 min ABŞ dolları dəyərində süd idxal edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan südün həcmi  9 min 657 ton təşkil edib. Ötən  ildə idxal olunmuş südün miqdarı 2019-cu illə müqayisədə 635 ton və ya 938 min ABŞ dolları çoxdur.

Belə ki, 2019-cu ildə Azərbaycana dəyəri 14 milyon 374 min ABŞ dolları dəyərində 9 min 23 ton süd idxal olunub.

Qeyd edək ki, ötən il süd idxalı Azərbaycanın ümumi idxalının 0.14%-nə bərabər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər