-1 C
Baku
Sunday, December 15, 2024

Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur.

Bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etmək nəzərdə tutulur.

İ.Öztürk digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycandakı müzakirələrdən sonra müəyyən ediləcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər