Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) Pul komitəsi bu gün iclas keçirib.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk iclasında TCMB uçot dərəcəsinin sabit – 17%-də saxlanılması ilə bağlı qərar qəbul edib.
TCMB 2020-ci ilin dekabrında ölkədə makroiqtisadi və inflyasiya təzyiqlərinin yüksək olduğunu nəzərə alaraq sərt qərar verməli olmuşdu. Həmin qərarda uçot faiz dərəcəsini 15%-dən 17%-ə qədər yüksəldilməsi qəbul olunmuşdu. Bu qərarın ardından sonra Türkiyədə ABŞ dolları (təbii ki, USDX indeksin azalmasının da təsiri vardı) 7.30 lirələrə qədər düşmüşdü.
TCMB-nin Pul komitəsinin bu qərarı, requlyatorun hazırkı inflyasiya göstəriciləri ilə bağlı rəqəmlərdən, ümumi cari durumdan bir qədər “razılıq” olduğunu deməyə əsas verə bilər.