Öyənmək və öyrəndiyini daima cilalamaq gözəl deyil mi?.
İnsanlar tərəfindən qəbul edilməmək və bunu sakit qarşılamaq nəciblikdir.
Pafoslu danışıq və mədəni davranış nadir hallarda insanlıq ifadəsi olur.
Kök sağlam olduqda, yol yaranır.
Kədərlənmə ki, insanlar səni tanımırlar, kədərlən ki, sən onları tanımırsan.
15 yaşımda oxumaq həvəsim yarandı
30 yaşımda müstəqlillik əldə etdim
40 yaşımda illüziyalardan azad oldum
50 yaşımda Göyün iradəsini dərk etdim
60 yaşımda eşitdiyim hər şeydə həqiqəti fərqləndirə bilirdim
70 yaşımda isə ürəyimin istəklərinə uyurdum
Öyrənmək və düşünməmək faydasızdır. Düşünmək və öyrənməmək təhlükəlidir.
Diqqətlə dinlə, şübhələri kənara burax, qalanlar barədə isə ehtiyatla danış-az danlanacaqsan. Diqqətlə müşahidə et, təhlükəni kənarda burax, qalanlarında isə ehtiyatli ol-peşmanlığın az olacaq.
İnsan olasan dürüst olmayasan-təsəvvür etmirəm bu nece mümkündür.
İş görülübsə, artıq danışmağa, iş başlayıbsa məsləhətə, keçmişə görə isə günahlandırmağa dəyməz.
Müdriklər insanilikdən fayda, insanlar həzz alırlar. İnsanilikdən məhrum olan insan isə nə yoxsulluğa, nə də səadətə dözə bilmir.
Səhvlər onları edəndən asılıdır. İnsanların səhvlərinə bax, onun insanilik dərəcəsini anlayacaqsan.
Maddi maraq arxasıyca düşən özünə qarşı böyük narazılıq oyadacaqdır.
Nəcib adam ədalət tanıyar, balaca adam isə qazanc.
Ehtiyatlı adam nadir hallarda pərt olar.
Çürük ağacı yonmaq, quru təzəkdən tikilmiş divarı da hamarlamaq mümkün deyil.
Əvvəllər mən insanın sözlərinə qulaq asar və ona müvafiq hərəkət edəcəyinə inanırdım, indi isə insanın sözlərinə fikir verər, əməli ilə müqayisə edərəm. Ehtiraslı adam necə qətiyyətli olar bilər?
Sadə yemək, su və yastıq əvəzinə qatlanmış dirsək-səadət bundadır. Əyri yollarla qazanılmış var-dövlət və şöhrət mənim üçün göydə üzərək keçib gedən buludlar kimidir.
İnsanlıq bizdən çox mu uzaqdır-mən onu arzulayınca o gəlir.
İsrafçılıqda təvazükar olmaq çətindir. Qənaətçillikdən isə xəsislik yarana bilər, lakin xəsis olmaq, təvazükarlığı itirməkdən daha yaxşıdır.
Öz davranışına diqqət etməklə kobudluq və təkəbbürdən, nitqində sözlər və tona fikir verməklə səhvlərdən uzaq olarsan.
Amalına bağlan, özünü elmlənməyə həsr elə. Yolun xeyrini ölümünə saxla.
Elə öyrənin ki, sanki elmdən geri qalmısınız. Öyrənəndən sonra isə onu itirməkdən qorxun.
Yalnız soyuqların düşməsiylə şam və sərv ağacının necə dözümlü olduqları bəlli olar.
Həyatı tanımırsansa, ölümü necə tanıyacaqsan.
Əgər sən özünə boylananda peşmanlıq üçün səbəb görmürsənsə, qorxu və həyəcan hardan yaransın.
(Müşfiq Şükürov)