Azərbaycanda 2020-ci ilin dekabrında ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi 150.9 milyon, yəni, 1.03% azalıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2021-ci il tarixinə açıqladığı statistik rəqəmlərə istinad edir.
Hesabat dövrünün sonuna ölkədə kredit qoyuluşlarının həcmi 14 530.4 milyon (14.53 mlrd manat) olmuşdur. Burada, kreditlərin 2 776.5 milyonu dövlət bankları, 11 380.5 milyon manatı isə özəl banklar və 373.4 milyon manatı isə kredit təşkilatlarının payına düşüb.
Dövlət banklarının kredit portfeli 63.7 milyon (2.24%), özəl bankların 84 milyon (0.73%) və qeyri-bankların isə 3.2 milyon (0.84%) kiçilib.
Xatırladaq ki, ölkədə 1 oktyabr tarixində kredit qoyuluşunun həcmi 14 873.7 milyon manat idi.