8 C
Baku
Friday, December 13, 2024

“Robinhood” işini davam etdirmək üçün təcili olaraq investorlardan $1 mlrd. topladı

Fond bazarındakı xaos səbəbindən maliyyə tələblərinin artması ilə üzləşən “Robinhood” treydinq tətbiqi investorlardan 1 milyard dollardan çox vəsait toplayıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətə istinadən “The New York Times” yazıb.

Bazarda ticarətin həcmi son vaxtlar “treyderlərin qiyamı” ilə əlaqədar olaraq kəskin artıb. “Reddit” onlayn-platformasında ünsiyyət quran pərakəndə investorlar böyük “hedge” fondlarına qarşı “müharibə” elan etmək qərarına gəliblər. Onlar bəzi şirkətlərin, o cümlədən “GameStop”un səhmlərinin düşməsindən faydalanmağa çalışıblar.

Belə ki, “Robinhood” vasitəsilə ticarət edən “Reddit” treyderləri kütləvi şəkildə “GameStop”un səhmlərini almağa başlayıblar. Nəticədə səhmlər 100% bahalaşıb, “hedge” fondları isə milyardlarla dollar zərər görüb.

Aktiv ticarət müştərilərlə hesablaşmalı və eyni zamanda ticarət tərəfdaşlarını potensial itkilərdən qorumaq üçün əlavə tədbirlər görməli olan “Robinhood” üzərinə böyük yük düşüb. Tətbiq “GameStop” da daxil olmaqla cümə axşamı bəzi səhmlərin ticarətini dayandırıb ki, bu da investorların onu məhkəməyə verməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər