9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank Dünya Bankından texniki dəstək alıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun tənzimlənməsi planları ilə bağlı Dünya Bankından texniki dəstək alıb.

Bunu AMB-nin baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, sığorta sektoru ilə bağlı lazım gəlsə, digə beynəlxalq təşkilatlarla da əməkdaşlıq ediləcək.

AMB sədri Elman Rüstəmov isə deyib ki, rəhbərlik etdiyi qurum bu sektorda ilk addımlarını atır.

“Biz düşünürük ki, sığorta bazarı Azərbaycan maliyyə bazarında layiqli yer tutmalıdır. Amma hazırda burada texnologiyalar və kadr potensialı ilə bağlı müəyyən problemlər mövcuddur”, – o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər