Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılıb.
Bununla da tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.