“Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi yeni satınalma müsabiqəsi elan edib.
Banker.az xəbər verir ki, müsabiqə Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi xidmətini əhatə edir.
Müsabiqənin ehtimal olunan dəyəri 2.016.000 manat təşkil edir.
İcarə müddəti 36 aydır. Ofis sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsalların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq ZONA-3 və ya ZONA-6 ərazisində yerləşməlidir.







