2020-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 315 milyon manat olub.
Banker.az Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə real ifadədə 29.6 faiz azalma deməkdir.
Belə ki, Hüquqi şəxslər tərəfindən əhaliyə 2 424.5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 56.2 faizini təşkil edib.