6 C
Baku
Saturday, December 14, 2024

“Robinhood” “GameStop” səhmlərinin ticarətinə qoyulan qadağanı ləğv edib

Onlayn-broker “Robinhood” “GameStop Corp.” və “AMC Entertainment Inc.” mağazalar şəbəkəsinin səhmlərinin ticarətinə qoyulan qadağanı ləğv edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, 28 yanvar gecəsi “Robinhood” 50 şirkətin dəyişən səhmlərinin ticarətinə məhdudiyyətlər tətbiq etmişdir. Bir gün sonra Amerikanın pərakəndə investorları məhdudiyyətlərin qanuni əsas olmadan qoyulduğu üçün “Robinhood”u məhkəməyə veriblər. Yanvarın 31-də daha iki şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib – “GameStop” və “AMC Entertainment”.

Məhdudiyyətlərin yumşaldılması “GameStop”, “AMC” və digər şirkətlərin səhmlərinin kəskin ucuzlaşmağa başladığı zaman baş verib. Məsələn, yanvarın 28-də “GameStop” səhmləri 483 dollara (-84%), “AMC” səhmləri 7.09 dollara (-47%) düşüb. Bundan əlavə, fevralın 4-ü ABŞ-ın maliyyə naziri Janet Yellen “ədalətli və səmərəli bazarlar”a dəstək verəcəyinə söz verib.

Yanvar ayının sonunda bir neçə şirkətin qiymətli kağızlarının volatilniyi “Reddit” platformasındakı investorlarla bağlı olub. 2020-ci ilin noyabrında platforma üzvləri (onların sayı 8 milyondan çoxdur). Bu, yanvarın 27-i “Robinhood” saytında kütləvi nasazlığın yaranmasına gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər