22.8 C
Baku
Monday, October 7, 2024

Kitab satışı ƏDV-dən azad oluna bilər

Kitab satışı, istehsalı, kitab kağızı və kitab avadanlıqlarının ƏDV-dən azad olunması məsələsi müzakirə olunub.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadiyyat  Komissiyasının sədri Tahir Mirkişili ilə görüşdə müzakirə olunub.

Belə ki, bildirilib ki, ƏDV-nin ləğvi kitab nəşrinə, kitab bazarına yeni nəfəs verəcək, qiymətlər enəcək, oxucuların sayı artacaq, yeni nəşriyyatlar və kitab evləri yaranacaq.

Həmçinin məlumatda bildirilib ki, bu vaxta qədər Parlamentdə  deputatlar bu məsələni gündəmə gətirib. Parlamentin gündəliyinə salınarsa – əgər İqtisadiyyat Komissiyası bu məsələyə diqqət ayırıbsa, demək, müzakirəyə çıxarılacaq.

 

Son xəbərlər
Digər xəbərlər