Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib

Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.

Bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə “tamamilə yersiz və düşməncəsinə siqnal” verdiyini bildirmişdi.

O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətlərinin” olduğunu vurğulamışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər