Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) peyvənd olunduqdan sonra maska taxmağa, sosial məsafə saxlamaq lazımdırmı məsələsinə aydınlıq gətirib.
TƏBİB-dən “Banker.az”a bildirilib ki, peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminə 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigeynasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik.
“Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu heç bir təhlükə yaratmasa da ətrafımızda olan və risk qrupuna aid olan insanlar üçün təhlükə mənbəyi ola bilərik”- deyə TƏBİB-dən bildirilib.