1 C
Baku
Saturday, December 14, 2024

Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2020-ci il 402 mln. manat ayrılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 63,3 milyon manat və yaxud 18,7 % çoxdur.

Bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumatda bildirilir ki, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılıb.

Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçılarının lizinqə götürdüyü və satınalınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 %-i ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 %-i həcmində güzəşt tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər