2 C
Baku
Saturday, December 14, 2024

Vahid Ələkbərov neftdən imtina etmək çağırışlarını mənasız adlandırdı

“Lukoil”un iş ortağı və prezidenti Vahid Ələkbərovun sözlərinə görə, neft şirkətlərinin məhsulları yalnız yanacaq deyil – onlar “müasir dünyanın əsasını təşkil edirlər”.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

O, bu fikrini öz “Facebook”, “Instagram” və “VKontakte” şəbəkələrində bölüşüb.

“Geyim, mebel, dərman, elektron avadanlıq və digər malların istehsalında neftdən istifadə olunur. Məsələn, hər birimizin işlətdiyi mobil telefonu götürən, – deyə Ələkbərov smartfonunu kameraya tutub. – Fikrimcə, neftdən imtina etmək çağırışları mənasızdır. İnanır ki, bu vaxt hələ gəlib çatmayıb”.

İş adamı 2021-ci ilin yazında 30 il əvvəl qurulan “Lukoil”un “müasir çağırışlara cavab verəcək” yeni uzunmüddətli inkişaf strategiyasını təqdim edəcəyini söyləyib. “Mən sizə dünya enerjisinin gələcəyini necə gördüyümüzü, neftin dünyada hansı yeri tutacağını və bunun üçün nə etməli olduğumuzu mütləq danışacağam”, – Ələkbərov vurğulayıb.

Qeyd edək ki, “Lukoil” dünya neft hasilatının 2%-ni təmin edir və o, Rusiyanın ikinci ən böyük neft şirkətidir. Bu gün “Lukoil” dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir.

“1991-ci ildə Rusiyada “Shell”, “BP”, “ExxonMobil” kimi beynəlxalq neft şirkətini yaratmağı xəyal edirdik. Və biz bunu bacardıq – yeni neft-qaz əyalətlərinin kəşfi, qabaqcıl texnologiyaların tətbiqi sayəsində”.

“Lukoil” prezidentinin qiymətləndirmələrinə görə, ümumilikdə şirkət neft-qaz zavodlarının müasirləşdirilməsinə 10 milyard dollar sərmayə edib.

Son xəbərlər
Digər xəbərlər