“PAŞA Holdinq” MMC-yə məxsus “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 19,1% artırılıb.
Şirkətin kapitalı 7,85 milyon manatdan 9,35 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Absheron Hotel Group” 2013-cü ildə yaradılıb. Şirkət adından da göründüyü kimi hotelçilik sahəsində fəaliyət göstərir, holdinqə məxsus hotel şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.