2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 495.2 milyon ABŞ dolları dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
Banker.az Dövlət StatistiKA Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1% azdır.
Yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15.7 faizi toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316.3 manatlıq, o cümlədən 166.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149.4 manatlıq qeyri-ərzaq malları alıb.