Bu ilin yanvar aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 73.6 mln. manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-dək azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41.4%-ni təşkil edib.