“Azərsu” ASC daxili vəsaiti hesabına drenaj və hidrofor tipli nasosların satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “Azermech” MMC-dir.
Qalib şirkət ilə məbləği 3 milyon 534.4 min manat olan müqavilə bağlanıb.
Qeyd edək ki, Azermech MMC KSB SE & Co.KGaA (nasos,klapan və ehtiyyat hissələri) -nin Azərbaycan Respublikasında olan rəsmi distribyuteri və rəsmi servis mərkəzidir.