12 C
Baku
Monday, November 25, 2024

Gürcüstan elektromobil istehsalını 2022-ci ilədək təxirə salıb

Gürcüstanda elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı 2022-ci ilədək təxirə salınıb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə hörə, pandemiya ilə əlaqədar istehsalla məşğul olacaq şirkət üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilməyib və istehsal prosesi gələn ilədək təxirə salınıb.

Qeyd edək ki, Gürcüstanın Kutaisi şəhərində yerləşən müəssisənin elektrik enerjisi ilə işləyən ilk avtomobilləri 2020-ci ildə istehsal etməsi və Avropa bazarında satışa çıxarılması planlaşdırılırdı. İcraçı şirkət olan “Big Service” MMC 2019-cu ilin mayında 68 233 693 lari (20 708 252 ABŞ dollar) dəyərində daşınmaz əmlakı 1 lari simvolik məbləğinə əldə edib. Əvəzində şirkət iki ildən gec olmayaraq avtomobil istehsalı müəssisəsi qurmağı, 18 ay ərzində 5 min elektromobil istehsal etməyi və ən azı 300 insanı işlə təmin etmə öhdəsini üzərinə götürüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər