Dolların indeksi son iki həftənin minimuna düşdü

Dünyada iqtisadiyyatların bərpası və normal həyata dönüşü xəbərləri bazarlarla bağlı optimist baxışlar vəd edir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) valyutası 6 əsas valyuta qarşısında ucuzlaşıb.

Banker.az bildirir ki, dolların indeksi 90.220 bənd təşkil edib. Bu da iki həftənin ən aşağı göstəricisidir.

ABŞ valyutası son göstəricilərə görə 0.12 bənd, yəni, 0.14% düşüb.

EUR/USD cütlüyü hazırda 1.2158 səviyyəsindədir, bu da 0.0019 (0.16%) artım deməkdir.

Bu arada, dolların ucuzlaşması ilə paralel olaraq, xam neftin qiyməti isə bahalaşır.

Amerika fond bazarında “Dow Jones” indeksi 31678, “S&P 500” indeksi 3962 bəndədək dəyər qazanaraq, yeni maksimumlar yaratmaqda davam edirlər.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 6790, Almaniyanın “DAX” indeksi 14143 , Fransanın “CAC 40” indeksi isə 5797 bəndədək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər