“Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə üzvü seçilməsi məsələsi müzakirə ediləcək.
Banker.az xəbər verir ki, bununla bağlı səhmdarlar 1 aprel 2021-ci il tarixinə görüş planlayıblar.
F.Məmmədov “Kapital Bank”ın əsas səhmdarı olan “PAŞA Holdinq” MMC-də rəhbər müavinidir. O, 2013-2017-ci illərdə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini kimi çalışıb.