2 C
Baku
Saturday, December 14, 2024

2021-ci ilin ilk ayında Azərbaycanda 3 milyondan çox tibbi maska istehsal edilib

Bu ilin yanvar ayında Azərbaycanda 3.3 milyon ədəd tibbi maska istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir.

Belə ki, 1 fevral tarixinə ölkədə hazır maska ehtiyatı 2.4 milyon ədəd təşkil edib.

Həmçinin qeyd edək ki, 2021-ci ilin yanvar ayında istehlakçılar əczaçılıq məhsulları və tibbi ləvazimatlara 68.7 milyon manat xərcləyib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40.1% artıb. Aylıq müqayisədə isə, bu göstərici 10.4% azalıb.

Son xəbərlər
Digər xəbərlər