6 C
Baku
Sunday, December 15, 2024

Neft bahalaşıb 65 dolları ötdü

Dünyada artıq neft bazarında defisit yaranma riskinin ilkin göstəriciləri hiss olunması ardından birjalarda neft bahalaşmağa başlayıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:50 radələrinə Brent markalı xam neftin aprel fyuçerslərindəki qiyməti 65.15 dollar/barrel təşkil edib. Bu da sessiya ərzində 81 sent, yəni, 1.26% bahalaşma deməkdir.

WTI isə Nyu-York birjasında mart fyuçerslərində 61.76 dollar/barrel olub. Bu da günlük 62 sent, yəni, 1.01% artım deməkdir.

Brentin qiyməti 65 dolları geridə qoymaqla 2020-ci ilin yanvarın ilk dekadasından bu tərəfə ən yüksək həddə hazırda ticarət olunur. On ay öncə COVID-19 qlobal iqtisadiyyatların aktivliyini zəiflətməsi nəticəsində neftə olan tələbi kəskin azalması nəticəsində bir barrelinin qiymətini 16 dollara qədər azaltmışdı.

Hazırda tələbin bərpası ilə yanaşı, bazarda təchizatın tam ödəmə qabiliyyətinin olmama riski mövcuddur. OPEC+ alyansı isə son iclasda da neftin hasilatı ilə bağlı hansısa qərar qəbul etmədilər. Bu da treyderlərin gələcəkdə yenidən bahalaşacağını ehtimal edərək gözləməkdədirlər.

Son xəbərlər
Digər xəbərlər