Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilir.
Bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.
Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsinin elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.
Ləğv edilən şöbələr aşağıdakılardır:
1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi
2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi
3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi
4) Qafqaz tarixi şöbəsi
5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi
6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi
7) Azərbaycan diasporu şöbəsi
8) Ümumi tarix şöbəsi
Eyni zamanda mövcud Mənbəşünaslıq və tarixşünaslıq şöbəsi “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi kimi, Qarabağ tarixi şöbəsi isə “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi kimi yenidən təşkil olunacaq. Bundan əlavə, institutda “Siyasi partiyalar və ictimai təşkilatların tarixi” şöbəsi yaradılır.
Belə ki, təklif olunan dəyişikliklərdən sonra institutun elmi-tədqiqat şöbələrinin yeni strukturu belə olacaq:
1)Azərbaycanın qədim tarixi şöbəsi
2) Orta əsrlər tarixi şöbəsi
3)“Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi
4) Yeni tarix şöbəsi
5) Xalq Cümhuriyyəti tarixi şöbəsi
6) Sovet dövrü tarixi şöbəsi
7) Azərbaycan Respublikasının tarixi şöbəsi
8) Əliyevşünaslıq şöbəsi
9) Azərbaycanın tarixi coğrafiyası şöbəsi
10) “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi
11) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi
12) Beynəlxalq münasibətlər tarixi şöbəsi
Beləliklə, struktur dəyişikliklərinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilir. Bundan sonra şöbələrin daxilində bölmələr də ləğv olunur. Bu dəyişikliklər nəticəsində şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşdıracaq.