Azərbaycan Mərkəzi Bankında gerçəkləşən fevralın 18-də yaxud, altıncı hərracının nəticələri məlum olub.
Banker.az AMB-yə istinadla xəbər verir ki, Dövlət Neft Fondu (ARDNF) tərəfindən banklara 46.9 mln. ABŞ dolları ekvivalentində valyuta satılıb. Bu da öncəki hərracla müqayisədə 9.3% az olması deməkdir.
Bugünkü hərracda qeydə alınan rəqəm 4 iyun 2020-ci il tarixindən bu tərəfə (44.7 mln dollar) ən aşağı göstəricidir.
AMB bildirib ki, hərracda banklar xarici valyuta ilə tam təmin edilib.
Beləliklə, ARDNF tərəfindən banklara fevralın ilk 6 hərracında 338.3 dolları həcmində valyuta satılıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.