2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank: manatın məzənnəsi 2020-ci ildə 4.1% güclənib

2020-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən bunu xəbər verir.

Belə ki, manatın məzənnəsi türk lirəsinə, qazax tengesinə, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı bahalaşıb, lakin avroya, isveçrə frankına, və yapon yeninə qarşı ucuzlaşmışdır.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 6.3%, real effektiv məzənnəsi (REM) isə 4.1% bahalaşmışdır.

Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərmişdir.

AMB xatırladır ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir.

REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

3213122

Son xəbərlər
Digər xəbərlər