10 C
Baku
Thursday, December 12, 2024

Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək – QƏRAR

“Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir.

Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir. Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır.

Belə ki, metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilməyəcək.

Bildirilir ki, fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunacaq.

Son xəbərlər
Digər xəbərlər