“Facebook” və Avstraliya hökuməti sosial şəbəkədə xəbər məzmununun yayılmasına qoyulan məhdudiyyətlərin ləğv edilməsinə dair razılığa gəlib.
Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Facebook”dan verilən açıqlamada bildirilir.
“Avstraliya hökuməti ilə razılığa gələ bildiyimiz üçün çox məmnunuq. Bundan sonra jurnalistikaya əlavə investisiyalar üzərində işləyə və önümüzdəki günlərdə avstraliyalılar üçün “Facebook” xəbərlərini bərpa edə biləcəyik”, – açıqlamada qeyd edilir.
Xatırladaq ki, daha əvvəl Avstraliyada saytların trafikinin “Facebook”un sosial şəbəkədəki xəbərlərin paylaşılmasına qadağa qoymasından sonra azaldığı məlum olmuşdur.