5 C
Baku
Saturday, January 24, 2026

İlon Mask “Forbes” reytinqində ikinci sıranı itirdi

“Forbes Real-Time” reytinqinə əsasən, “Tesla”nın rəhbəri İlon Maskın sərvəti bir gündə 14 milyard dollar azalaraq 155.1 milyard dollara düşüb. Beləliklə, milyarder reytinqdəki ikinci sıranı itirmiş olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İndi dünyanın ən zəngin adamı ümumi sərvəti 182.4 milyard dollar olan “Amazon” şirkətinin qurucusu Ceff Bezosdur. Avropanın ən zəngin adamı və “Louis Vuitton”un sahibi Bernar Arno isə 156.4 milyard dollarlıq sərvətlə ikinci sıraya yüksəlib.

Lakin sonra Maskın kapitalının çöküşü 9.6 milyard dollara qədər yavaşlayıb və “Tesla” rəhbəri yenidən Arno ilə yerini dəyişib. Ümumilikdə bazar ertəsi günü “Tesla” səhmləri 8.55% ucuzlaşıb, Maskın sərvəti isə 13 milyard dollar azalıb.

Qeyd edək ki, çöküş digər texnologiya şirkətlərinə də toxunub. Məsələn, “Apple”, “Microsoft” və “Amazon”. Lakin buna baxmayaraq, “Tesla”nın itkiləri daha nəzərəçarpan olub. Ekspertlər bunu “bitcoin”in ucuzlaşması ilə əlaqələndirirlər. Xatırladaq ki, son bir neçə gündə kriptovalyuta 58 min dollardan 45 min dollara düşüb.

Fevralın əvvəlində İlon Mask kriptovalyutaya 1.5 milyard dollar sərmayə qoyduğunu açıqlayıb və bu, qiymətin kəskin artmasına səbəb olub.

snimok ekrana 2021 02 23 v 18.16.53.jpg 1614094626 38384

Son xəbərlər
Digər xəbərlər