-1 C
Baku
Sunday, December 15, 2024

“Mercedes-Benz” yeni nəsil C-Class avtomobilini təqdim edib – Foto

Almaniyanın “Mercedes-Benz” şirkəti fevralın 23-də yeni nəsil C-Class avtomobilini təqdim edib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

mercedes benz c class 1 710x399 1

Qeyd edildiyi kimi, modelin uzunluğu 4751 mm, təkər bazası isə 2840 mm təşkil edir. Yeni nəsil C-Class dörd keçidli ön asqı və çox keçidli arxa asqı ilə təchiz edilib. Bundan əlavə, avtomobilə yeni “Digital Light” texnologiyası ilə işləyən LED faralar quraşdırılıb .

mercedes c 02

Hər farada 1.3 milyon əks etdirici element və holoqrafik linzalar var. Bu sayədə sistem nəinki yolu işıqlandırır, hətta lazım olduğu təqdirdə xəbərdarlıq simvollarının görüntüsünü yaradır.

mercedes c 03

Salonda yeni MBUX adlı 10.25 və 12.3 düymlük rəqəmsal panel ilə təchiz olunmuş məlumatlandırma-əyləncə sistemi quraşdırılıb. Ön şüşədə bort kompüterindəki məlumatlar və naviqasiya tövsiyələri görsədilir.

mercedes c 07

mercedes c 10

C-Class sedan 1.5 və 2.0 litrli dörd silindrli benzin turbomotoru və iki silindrli dizel mühərriki ilə təchiz edilib. Bu model xüsusi olaraq elektrikli avtomobillər üçün hazırlanmış MEA platforması əsasında hazırlanacaq. Bir şarj ilə avtomobil 1200 km-ə qədər yol gedə biləcək.

Son xəbərlər
Digər xəbərlər