Tayvanın “Foxconn” şirkəti 2023-cü ilin dördüncü rübündə “Fisker” ilə birlikdə elektrikli avtomobillərin istehsalına başlamağı planlaşdırır.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, bu avtomobil “Foxconn” texnologiyasından istifadə edilərək “Fisker” markası altında satılacaq.
Şirkətlər diqqətini Şimali Amerika, Avropa, Çin və Hindistana yönəltməyi planlaşdırırlar. Bəyanatda bildirilir ki, “Foxconn” hər il 250 mindən çox avtomobil istehsal edəcək. Tərəflər arasında memorandum imzalanıb, rəsmi razılaşma 2021-ci ilin ikinci rübündə bağlanacaq.
Xatırladaq ki, fevral ayında “Foxconn” öz platformasında ilk elektrikli avtomobilini 2021-ci ildə buraxacağını açıqlamışdır. Oktyabr ayında şirkət elektrikli nəqliyyat vasitələri üçün ilk şassisini və avtomobil istehsalçılarına modelləri daha sürətli bazara çıxarmağa kömək edəcək platformasını təqdim etdi.
Bu, “Foxconn”un avtomobil istehsalçıları ilə üçüncü ortaq işidir. Belə ki, şirkət eyni zamanda “Fiat Chrysler” və “Zhejiang Geely Holding Group” ilə əməkdaşlıq edir.
“Foxconn” – “Apple”ın ən böyük tərəfdaşlarından biridir. Bu şirkət “Apple” məhsullarının yığılması ilə məşğul olur.
“Fisker” – əsasını dizayner Henrik Fisker qoyub. Onun “Fisker Automotive” müəssisəsi 2013-cü ildə müflis olduğu elan edib. Bundan əlavə, Fisker “Tesla”nın Model S avtomobili üzərində işləyib






