Azərbaycan bazarını daha bir şirkət tərk etdi.
Banker.az xəbər verir ki, Konion – Badamdar Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, ev 4, mənzil 47 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət 2020-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Mirmehdi Cəbibəylidir.