Bu ilin yanvar ayında Azərbaycan 3.5 milyon ABŞ dolları dəyərində 4.9 min ton düyü idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1.7 mln ABŞ dolları (97.8 %) və 1.9 min ton (64.7 %) çoxdur.
Qeyd edək ki, hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0.45 %-ni təşkil edib.