Çinin “ByteDance” şirkəti (“TikTok”un sahibi) ABŞ-ın İllinoys ştatındakı məhkəmə iddialarını həll etmək üçün 92 milyon dollar təzminat ödəyəcəyini açıqlayıb.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Xatırladaq ki, keçən il İllinoysda şəxsi məlumatların təhlükəsizliyi qaydalarının pozulmasına görə “ByteDance” şirkətinə qarşı kollektiv iddia qaldırılıb. İddiaçılar sosial şəbəkə rəhbərliyinin biometrik istifadəçi məlumatlarını üçüncü şəxslərə ötürdüyünü iddia edib.
“Bu iddialarla razı olmasaq da, uzun məhkəmə çəkişmələrini aparmaqdansa “TikTok”da təhlükəsiz və maraqlı atmosferin yaradılmasına üstünlük verməyi seçirik”, – deyə sosial şəbəkənin açıqlamasında deyilir.
Beləliklə, şirkət təxminən 20 iddiaçı arasında paylanacaq 92 milyon dollar ödəməyə razılıq verib. Əməliyyatın şərtləri məhkəmə tərəfindən təsdiq ediləcək.
Daha əvvəl bildirildiyi kimi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 14-də “ByteDance” şirkətinin fəaliyyətini qadağan etmək haqqında fərman imzalamışdır. Sənəddə fərman dərc edildikdən sonra 90 gün ərzində “ByteDance” və onun törəmə şirkətlərinin ölkədəki fəaliyyəti tamamilə dayandırılacağı deyilmişdir. ABŞ-ın köhnə rəhbərliyi “TikTok”un istifadəçi məlumatlarını Çin hökumətinə ötürdüyünü, bununla da ölkənin milli təhlükəsizliyini pozduğunu iddia edirdi.
2021-ci ilin fevralında Bayden “TikTok”un satışının müvəqqəti olaraq təxirə düşdüyünü açıqlayıb.