“Facebook” üz tanıma texnologiyası olan “ağıllı” eynək buraxacaq

“Facebook” şirkəti üz tanıma texnologiyası olan “ağıllı” eynək buraxmağı planlaşdırır.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Hal-hazırda bu barədə ABŞ hökuməti ilə aktiv danışıqlar aparılır.

“Faebook”un vitse-prezidenti Endrü Bosvortun sözlərinə görə, bu sadəcə planlardır. Belə ki, üz tanıma texnologiyası vasitəsilə insanları axtarıb tapmaq funksiyası ABŞ-ın mövcud qanunlarına ziddir.

“Üz tanıma texnologiyası bizim üçün böyük problemə çevrilə bilər. Faydaları və riskləri tarazlaşdırmaq lazımdır”, – deyə Bosvort qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə “Facebook” şirkəti “DeepFace” üz tanıma sistemini təqdim etmişdir. Bu sistem şəkillər üzərindəki insanları identifikasiya etmək üçün nəzərdə tutulmuşdur.

Şirkət ilk “ağıllı” eynəyini 2021-ci ildə “Ray-Ban” ilə birgə buraxmağı vəd edib. Bu eynəklərin üz tanıma texnologiyası ilə təchiz edilməsi barədə heç bir məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər