“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask bir gündə 14 milyard dollar itirib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bu, “Tesla” səhmlərinin 8.06% ucuzlaşması ilə əlaqəli olub.
“Bloomberg”in verdiyi məlumata görə, Mask hazırda dünyanın ən zəngin insanları reytinqinin ikinci sətrini tutur, onun sərvəti 176 milyard dollar dəyərində qiymətləndirilir.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Mask 190 milyard dollarlıq sərvətlə “Milyarderlər indeksində” birinci olub. Hal-hazırda dünyanın ən zəngin adamı “Amazon”un qurucusu Ceff Bezosdur. Onun sərvəti 180 milyard dollar dəyərində qiymətləndirilir.