İngiltərə hökuməti İT şirkətlərinin işçiləri üçün vizanın verilməsi prosedurunu sadələşdirməyə qərar verib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bununla hökumət ölkəyə yüksək texnologiyalar sahəsində ixtisaslaşmış mütəxəssisləri cəlb etmək istəyir.
Bu barədə İngiltərənin maliyyə naziri Rishi Sunak “Financial Times”a verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, bundan sonra ingilis şirkətləri xarici mütəxəssisləri sürətləşdirilmiş qaydada işə cəlb edə biləcəklər. Qeyd edildiyi kimi, ilk növbədə Avropa ölkələrindən olan İT mütəxəssisləri nəzərdən keçiriləcək.
Nazir vurğulayır ki, Avropa İttifaqından çıxdıqdan sonra İngiltərə daha “açıq” ölkə olacaq. Xüsusilə, maliyyə texnologiyalarının inkişafında iştirak edəcək və bu sahədə dünyanın ən istedadlı mütəxəssisləri üçün yarışacaq. Xatırladaq ki, London Avropanın fintex sənayesinin mərkəzi hesab olunur. Belə ki, “Revolut”, “Monzo” və “TransferWise” kimi şirkətlər məhz burada inkişaf edib. Hal-hazırda onların dəyəri 1 milyard funt sterlinqdən (1.4 milyard dollar) çoxdur.
Hal-hazırda İngiltərə fintex sahəsində 75 mindən çox insan çalışır. Bunlardan 42% ölkəyə yeni gələnlərdir. Yeni viza rejimindən son üç ildə artım sürəti 20%-dən çox olan şirkətlər faydalana biləcəyi gözlənilir.
İstedadlar üçün ən cəlbedici ölkələr sırasında İngiltərə 23-cü yeri tutur və bu baxımdan İsrailə və Yeni Zelandiyadan geridə qalır. Qeyd edək ki, 2016-cı ildə (Brexit-dən əvvəl) İngiltərə bu reytinqdə 16-cı yeri tutub.