-1 C
Baku
Sunday, December 15, 2024

Marketing Summit İstanbul 2014-dan yadda qalan anlar

Müəllif: Beykent Universitetində magistr təhsili alan Rəsul Malik Zadə

Marketing Summit İstanbul 2014

Çıxışlardan biri məni və auditoriyada olan çoxunu cəlbelədi. Çünki bu adam “Aeromobil” adlı uçan maşının ixtiracısıdır. Əvvəlcə bu iştirakçı haqqında danışım.

AeroMobil-3.0-uçan-arabaStefan Klein – Slovakiyalı alim olan bu şəxs Aeromobil ixtiracısı və baş dizayneridir. Hal-hazırda AeroMobil 3.0 üzərində çalışır. Daşınma və Dizayn Akademiyası bölüm rəhbəri olan Klein ayrı-ayrı avtomobil şirkətlərində (Audi, Volkswagen, BMW və s.) yeni araşdırma proyektlərində idarəedici kimi yer alır.

1990-cı ildən etibarən uçan maşın üzərində çalışmağa başlamışdı. Bu günə qədər 2 maşın hazırlamış və son olaraq hazırladığı AeroMobil 3.0 maşını təkminləşdirərək dünya bazarına təqdim etmişdir. Bu maşının gələcək 2 ildə bazara satışı olacağını deyən S.Klein flytəxmini olaraq, onun qiyməti haqqında da danışdı. Bu qiymət hardasa bir sport maşınından baha və bir kiçik təyyarədən ucuz olacağını söylədi. Təxmini olaraq isə 120.000 $ olacağını qeyd etdi.

Bu il “Marketing Summit” İstanbulda “Change the Game” (Oyunu dəyişdir) başlıqlı konseptiylə 15-ci dəfə dünyanın Marketing sahəsindəki məşhur simaları, düşünənlərini və Marketing professionallarını bir araya gətirdi. Dekabr ayının ilk həftəsi baş tutan bu tədbir 2 gün davam etdi. Marketing Summit-ə qatılan qanunları və qaydaları dəyişəcək, sərhədləri aşacaq və yenidən tamamlayacaq gələcəklərdən bəhs etdilər. Mən də “Gamechangers” arasında oldum və 2 gün ərzində düşüncələrimi dəyişəcək və ilhamverici bir tədbiri qaçırmadığım üçün şadam. Sizə qısa olaraq tədbir iştirakçılarından, danışdıqları mövzulardan, gələcəkdə dünya bazarına çıxacaq bəzi yeniliklərdən və s. haqqında yazmaq, bəzi çıxışlardan aldığım notları və cümlələri sizinlə paylaşmaq istədim.

pazarlama-zirvesi-brandtalksİştirakçılar və çıxışlar: Summit-in bu ilki iştirakçılari Vizyonu genişləndirmək – Whitney Johnson, müştəriləriniz kimi düşünmək – Niraj Dawar, markanızı yenidən düşünmək – Marty Neumeier, fikirlərinizi dəyişdirmək – Ramon Vullings və hekayənizi yeni yollarla anlatmaq – Joeri Van den Bergh oldu.

Eləcə də, Navi Radjou dünyanın tərs üzünü, Ross Dawson isə dünyaya təkrar bağlanmaqdan danışdı, Tara Swart beynimizdəki kodları dəyişdirməkdən, Rita Clifton isə təsiretmənizi dəyişdirmək haqqında çıxış etdi.

Tədbirdə yeni layihələrdən, reklam növlərindən, satışı artıracaq və müştəri qazanacaq fikirlər, yollar, müştəriyə təsir edecək və “ortaq” müştəri və rəqiblərlə rəqabət haqqında olan çıxışları sizinlə paylaşacam.

Son xəbərlər
Digər xəbərlər