2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36.1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib.
Belə ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə azdır.
Qeyd edək ki, baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.