Büdcə profisiti 3.4 milyard manata çatıb, ölkənin “dollardakı” borcu azalıb

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 23 milyard 594,7 milyon manat təşkil edib. Gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artıb. Yanvar-iyul aylarında isə illik artım 3,2% olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət büdcəsinin xərcləri hesabat dövründə 20 milyard 174,4 milyon manat təşkil edib və illik müqayisədə 1,2% artıb. Yanvar-iyul aylarında xərclərin illik artımı 1,9% olub. Nəticədə büdcədə 3 milyard 420,3 milyon manat profisit yaranıb.

Eyni tarixdə xarici dövlət borcu 4 milyard 590,8 milyon dollar olub və illik 7,5% azalıb.

Xəbər verdiyimiz kimi avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib. Ehtiyatlar illik müqayisədə 12,2%, iyulun əvvəlinə nisbətən isə 10,4% artıb.

İyulun 1-nə iqtisadiyyata kredit qoyuluşları 33 milyard 881,1 milyon manat təşkil edib. Kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 12,1%, iyulun əvvəlinə olan göstərici ilə müqayisədə isə 9% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər