18 C
Baku
Saturday, April 27, 2024

Nikola Sarkozi üç il həbs cəzasına məhkum edildi

Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini korrupsiyada ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bildirildiyi kimi, həbs cəzasının iki ili şərtidir. Qeyd edək ki, Sarkozi həbs cəzası almış Fransanın ilk prezidentidir.

Bu iş üzrə daha iki müttəhim – Sarkozinin keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Gilbert Aziber eyni cəzaya məhkum edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər