ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib.

Bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur.

Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırda onun orta qiyməti 6,49 dollara qədər artıb, halbuki bir həftə əvvəl o, 6,17 dollara təşkil edirdi.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər