OPEC+ ölkələrinin əksəriyyəti martın 4-də keçiriləcək görüş ərəfəsində, aprel ayından etibarən gündəlik neft hasilatının 0.5 mln. barel artırmaq variantının tərəfdarıdır.
Banker.az xəbər verir ki, bu barədə RİA “Novosti” öz mənbəyinə istinadən xəbər verir.
“Bəli, əksəriyyəti hasilatı artırmağa meyllidir. Bazarda vəziyyət müsbətdir, böyük ehtimalla hasilat 0,5 mln. barel artırılacaq”, – mənbə qeyd edib.
Onun sözlərinə görə, OPEC+ alyansının texniki və monitorinq komitələri yarana biləcək risklərin analizi üzərində işləyir. Lakin, Səudiyyə Ərəbistanı energetika naziri qərarla bağlı “son dərəcə ehtiyatlı” olmalı siqnalı tam dəqiq olaraq hasilatın artımı ilə bağlı nə qərar veriləcəyini demək mümkün deyil.
Martın 3-də OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası, martın 4-də isə alyansın razılaşmasına qatılan bütün ölkələrin toplantısı keçiriləcək.
Bu xəbərlər öncəsi neftin qiyməti 63 dollardan aşağı düşmüşdü, lakin sonradan korreksiya edərək yenidən bu həddən yuxarı qalxıb.
Xatırlatma
Yanvarın 5-də Neft İxrac Edən Ölkələr Birliyi və təşkilata daxil olmayan ölkələr (birlikdə OPEC+) nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edlib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edir.
Azərbaycanın isə yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalması anlaşılıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.