“Tailcat” axtarış sistemi texnologiya nəhəngi olan “Brave” şirkətinə keçib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, yeni axtarış sistemi bazara 2021-ci ilin yayına qədər çıxacaq. Söhbət hansı yeni imkanlardan gedir?
Qeyd edək ki, “Brave” şirkəti “Tailcat” axtarış sistemini “Cliqz” adlı brauzerin və axtarış sisteminin inkişafı üzərində çalışan komandadan alıb. Müqavilənin məbləği açıqlanmasa da, “Tailcat” tərtibatçılarının bir hissəsinin “Brave”yə keçəcəyi bildirilir.
Beləliklə, “Taicat”ın iş prinsipini başa düşmək üçün “Cliqz” şirkətinin vəzifələrinə nəzər yetirməliyik. “Cliqz” istifadəçilərin məxfiliyini qoruyan brauzerlər yaratmaqla məşğul olub. Şirkətin nümayəndələri onların sistemlərinin “ən güclü bloklama texnologiyasına” malik olduğunu söyləyirlər.
“Google”dan fərqli olaraq, “Tailcat” IP ünvanlarını toplamır və axtarış nəticələrini yaxşılaşdırmaq üçün şəxsi məlumatlardan istifadə etmir. Brauzer istifadəçilərə “DuckDuckGo” və “Startpage” bauzeləri arasında seçim etməyə imkan verəcək. Beləliklə, istifadəçiləri qıcıqlandıran “filtr köpüyü” momenti aradan qaldırılacaq.
Xatırladaq ki, 2017-ci ildə “Brave” reklamları və ziyarətçilərin hərəkətlərini izləyən mexanizmləri söndürən, o cümlədən şəxsi məlumatları qoruyan brauzer inkişaf etdirmək üçün 30 saniyə ərzində 35 milyon dollar investisiya cəlb etmişdir.
“Brave”nin Windows, macOS, Linux və mobil cihazlar üçün olan versiyaları 2019-cu ilin 13 noyabr tarixində çıxmışdır. Həmin ildə brauzerin beta-versiyasının auditoriyası ayda 8.7 milyon nəfər təşkil etmişdir.
“Brave”nin test edən mütəxəssislər onu 2019-cu ildə istifadə edilən ən “sürətli brauzer” adlandırıblar





